Futbol bayramımız mübarək!

Futbol bayramımız mübarək!

Bu gün futbol üzrə sayca 22-ci dünya çempionatına start veriləcək. Qətərdə keçiriləcək mundialın açılış günündə meydan sahibləri Ekvadorla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
20 noyabr
Dünya çempionatı
A qrupu
20:00.Qətər - Ekvador
29 gün davam edəcək futbol bayramında 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. Qrup mərhələsinin oyunları dekabrın 2-də başa çatacaq. Dekabrın 3-dən 6-dək 1/8 final oyunları keçiriləcək, bundan sonra dünya çempionatına üç günlük fasilə veriləcək. 
Dörddəbir final görüşləri dekabrın 9-da və 10-da, yarımfinal görüşləri dekabrın 13-ü və 14-də, üçüncü yer uğrunda matç dekabrın 17-də, final isə dekabrın 18-də keçiriləcək
Qeyd edək ki, ilk dəfədir ki, dünya çempionatı yay fasiləsində deyil, mövsümün gedişində keçiriləcək. Bu yarış həm də 32 komandanın iştirakı ilə keçiriləcək sonuncu mundial olacaq. Artıq 2026-cı ildən dünya çempionatında 48 komanda mübarizə aparacaq.
DÇ-2022-də qrupların tərkibi
A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya