Ölkəmiz basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Ölkəmiz basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Ölkəmiz basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizionuna ev sahibliyi edəcək. 18 yaşadək oğlanlar arasında təşkil olunacaq çempionatda iştirak edəcək komandaların adlarına gələn ilin yanvar ayında aydınlıq gələcək.

Avropa çempionatının C divizionunun oyunları 2023-cü ilin 29 iyul - 6 avqust tarixləri aralığında Bakıda təşkil olunacaq.

Qeyd edək ki, U-18 millimiz sonuncu çempionatda bürünc mükafatın sahibi olub.