“Sərhədçi” İdman Mərkəzində keçirilən Azərbaycan Basketbol Liqasının (ABL) 7-ci turunun oyunlarına start verilib. Turun açılış oyunu “AAAF Xırdalan” və “Zirvə Astara” komandaları arasında təşkil olunub. Oyun birincilərin 98-94 hesablı qələbəsi ilə yekunlaşıb. Bu Xırdalan təmsilçisinin çempionatda 4-cü qələbəsi olub.
Qeyd edək ki, turun növbəti oyunları (“Gəncə” – “Sərhədçi”, “Neftçi” – NTD, “Sabah” – “Olimpik Şəki”) noyabrın 26-27-də təşkil olunacaq.
Basketbol Liqası: Xırdalan təmsilçisindən növbəti qələbə