Gimnastlarımız qızıl medal layiq görüldü

Gimnastlarımız qızıl medal layiq görüldü

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut gimnastikası üzrə dünya yaş qrupları üzrə yarışlar davam edir. Yarışda iştirak edən Azərbaycan gimnastları Maqsud Mahsudov və Hüseyn Abbasov qızıl medala sahib olub. Sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan idmançılarımız finalda bütün rəqiblərini qabaqlamağı bacarıb. 
Yarışlara noyabrın 26-da yekun vurulacaq.