Azərbaycan Basketbol Liqasında (ABL) 7-ci turun oyunları keçirilir. “Sərhədçi” İdman Mərkəzində keçirilən oyunda çempionatın liderləri “Gəncə” və “Sərhədçi” komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmadan Gəncə basketbolçuları 90:76 hesablı qələbə ilə ayrılıblar. Günün ikinci oyununda iki paytaxt təmsilçisi “Neftçi” və NTD basketbolçuları üz-üzə gəlib. Bu oyunda NTD rəqibini 88:75 hesabı ilə məğlub edib.
“Neftçi”dən Reymond Miller - 28 xal, 10 ribaund, NTD-dən isə Londell King - 20 xal, 8 ribaundla komanda yoldaşlarından fərqləniblər.