Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Yarışların 11-ci günündə C və D qruplarında 3-cü turun oyunları keçiriləcək. Günün ilk oyunları D qrupunda təşkil olunacaq. Bakı vaxtı ilə 19:00-da start götürəcək qrupun oyunlarında pley-offu təmin edən Fransa Tunislə üz-üzə gələcək. Qrupun digər oyununda isə Avstraliya komandası Danimarka ilə qarşılaşacaq.
C qrupunda isə lider Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması isə Meksika komandası ilə qarşılaşacaq. Bu qrupun oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, hələlik Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.