Azərbaycan Basketbol Liqasında VIII turun oyunlarına start verilib. Açılış oyununda NTD və “Sərhədçi” komandaları qarşılaşıb. Son topa qədər davam edən gərgin oyunda “Sərhədçi” 93:92 hesablı qələbə qazanıb.
Günün ikinci matçında “Neftçi” komandası “AAAF Xırdalan”la üz-üzə gəlib. Oyun Xırdalan təmsilçisinin 83:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun “Zirvə Astara” – “Sabah” və “Olimpik Şəki” – “Gəncə” görüşləri dekabrın 3-4-də keçiriləcək.
Basketbol Liqası: “Sərhədçi”dən əzmkar qələbə