İrlandiyalı keçmiş futbolçu Roy Kin ötən gecə Braziliya millisinin Cənubi Koreya yığması üzərində qələbəsindən sonra cənubi amerikalıların qol sevincini rəqslə qeyd etməsini tənqid edib. Keçmiş futbolçu bu barədə deyib: “Məncə, hər dəfə qol vuduqda belə rəqs etək rəqibə qarşı hörmətsizlikdir. İlk qolu başa düşmək olar. Amma hər qoldan sonra belə hərəkətlərin edilməsi düzgün deyil. Hətta oyunçularla yanaşı, baş məşqçiləri də rəqsə qoşulur. Belə hal mənim xoşuma gəlmədi”.
Keçmiş futbolçu “sambaçılar”ın qol sevincini tənqid etdi