Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Xorvatiya millisinə penaltilər seriyasında məğlub olan Braziliya millisinin baş məşqçisi Tite istefa verib. 61 yaşlı mütəxəssis bu qərarı əvvəlcədən verdiyini bildirib: “Mənim dövrüm bitdi. Bir il yarım əvvəl dediyim kimi, tutduğum postu tərk edirəm. Məni əvəzləyə biləcək yetərincə peşəkar məşqçilər var. Mən verdiyim sözü danan insan deyilm. Bunu dram halına gətirməyə də heç bir ehtiyac yoxdur.
Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisinin baş məşqçisi vəzifəsini icra edirdi.