İngiltərə milli komandasının hücumçusu Harri Keyn Fransa ilə matçda uğursuz penaltidən sonra BBC kanalına fikirlərini bildirib. «Komanadımız yüksək formada çıxış etdi. Lakin qələbə üçün xırda bir məqam bizi məğlubiyyətlə üzləşdirdi. Mən öz üzərimə düşən işin öhdəsindən gələ bilmədim. Buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Bacardığım işin öhdəsindən gələ bilmədim. Bu məni hələ uzun illər incidəcək», - deyə Keyn bildirib.