Gimnastlarımız “Qış kuboku”nda fərqləndilər

Gimnastlarımız “Qış kuboku”nda fərqləndilər

Dekabrın 8-dən 10-dək Almaniyanın Leverkuzen şəhərində bədii gimnastika üzrə 4-cü “Qış kuboku” keçirilib.
Yarışda ölkəmizi yığma komandamızın üzvü Alina Məmmədova, Leyli Ağazadə və Fidan Ələddinova təmsil edib.
Komandamızın üzvü Alina Məmmədova topla hərəkətlərin icrasında uğurla çıxış edərək gümüş medal qazanıb.

Digər bədii gimnastımız Leyli Ağazadə yarışların qızıl medalına layiq görülüb. Milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.