Azərbaycan Basketbol Liqasında 9-cu turun oyunlarına yekun vurulub. Turun ilk oyunu "Sabah” və “AAAF Xırdalan” komandaları arasında olub. “Sərhədçi" İdman Mərkəzinin idman zalında təşkil olunan oyunda Xırdalan təmsilçiləri qələbə qazanıblar -82:84.
Turun digər oyununda “Neftçi” komandası “Sərhədçi”yə 76:81 hesabı ilə məğlub olub.
NTD - “Olimpik Şəki” oyunu isə birincilərin qələbəsi ilə yekunlaşıb - 105:78.
Dekabrın 11-də “Sərhədçi” İdman Mərkəzində “Gəncə” və “Zirvə Astara” komandaları arasında keçirilmiş oyunla Azərbaycan Basketbol Liqasının doqquzuncu tura yekun vurulub. İki region komandasının üz-üzə gəldiyi qarşılaşmada “Gəncə” 98:85 hesabı ilə qələbə qazanaraq turnir cədvəlinin ilk pilləsindəki mövqeyini daha da möhkəmləndirib.
Qeyd edək ki, onuncu turun oyunları dekabrın 14-də, 17-də və 18-də keçiriləcək.