Lerikdə məktəblilər arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş basketbol yarışı gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. V.İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın idman zalında təşkil olunan yarışda rayon ümumtəhsil məktəblərinin 6 komandası birincilik uğrunda mübarizə aparıblar.
Yarışda bütün görüşlərdə qələbə qazanan meydança sahibləri birinci oldular. Çayrud kənd tam orta məktəbinin komandası ikinci, Lerik şəhər texniki fənlər təmayüllü liseyin komandası isə üçüncü yerləri tutublar.
Qaliblərə Lerik Rayon Gənclər və İdman İdarəsinin diplomları verilib.