DÇ-2022-nin yarımfinalında keçiriləcək Argentina - Xorvatiya oyunu üçün hakim təyinatları açıqlanıb.
Matçı italiyalı Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Çiro Karbone və Alessandro Callatini kömək edəcək. Dördüncü hakim funksiyasını Mohamed Mohammed yerinə yetirəcək.
VAR-ın baş hakimi Massimiliano İrrati , köməkçisi isə Paolo Valeri (hər ikisi İtaliya) olacaq.
Qeyd edək ki, dekabrın 13-ü keçiriləcək Argentina - Xorvatiya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.