Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bəzi oyunların keçirildiyi "Lusail" stadionunun mühafizəçisi faciəvi hadisə nəticəsində dünyasını dəyişib. Adı Həməd adlı keniyalı işçi dekabrın 9-da hələlik istintaqa məlum olmayan şəraitdə yıxılaraq ciddi xəsarət alıb.
24 yaşlı mühafizəçi həkimlərin ilkin müdaxiləsindən sonra dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, 4 gün reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.