Qətərdə keçirilən dünya çempionatında ikinci finalçının da adına aydınlıq gəlib. “Əl Bayt” stadionunda təşkil olunan oyunda Fransa millisi Dünya kubokunun finalına vəsiqə qazanıb. “Xoruzlar” yarımfinalda Mərakeş yığmasına 2:0 hesabı ilə qalib gələrək bu hüquqa yiyələnib. Oyunda hesab erkən qolla açılıb. Matçın 5-ci dəqiqəsində Teo Ernandes fərqlənərək Fransa komandasını hesabda irəli çıxarıb. Avropalıların heyətində növbəti qolu isə 79-cu dəqiqədə Randal Kolo Muani vurub. Görüş bu hesabla başa çatıb. Beləliklə, Fransa yığması ardıcıl ikinci dəfə mundialın finalına vəsiqə qazanıb. Dekabrın 18-də “Lusail” stadionunda keçiriləcək final oyununda azarkeşlər Cənubi Amerika və Avropa futbolunun qarşıdurmasının şahidi olacaqlar. Argentina və Fransa yığmaları arasında final oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Final oyunundan bir gün əvvəl isə Xorvatiya və Mərakeş komandaları üçüncü yer uğrunda mübarizə aparacaq.
Azər