Azərbaycan Basketbol Liqasında XI turun oyunları keçirilib. Turun açılış oyununda "Gəncə" və "Sabah" komandaları üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 81:73 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti oyunu "AAAF Xırdalan" və NTD komandaları arasında olub. Oyuna sürətli başlayan NTD rəqib üzərində 108:80 hesablı qələbəyə sevinib."Sərhədçi" və "Zirvə Astara" basketbolçuları arasında keçirilən oyunda isə birincilər qələbəyə seviniblər. Oyuna fəal başlayan “Sərhədçi” basektbolçuları 94:84 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, turun bağlanış oyunu dekabrın 25-də Şəki Olimpiya İdman Kompleksində "Olimpik" və "Neftçi" komandaları arasında keçirilib. 2022-ci ilin sonuncu oyununda paytaxt basketbolçuları 83:67 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, 12-ci turun oyunları gələn il yanvarın 4-də və 7-8-də keçiriləcək.