Məşhur basketbolçudan növbəti rekord

Məşhur basketbolçudan növbəti rekord

ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms növbəti dəfə Milli Basketbol Assosiasiyasında (NBA) rekorda imza atıb. 39 yaşlı idmançı buna "Nyu-York Niks"i 129:123 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.

Qarşılaşmada tripl-dablla (28 xal, 10 ribaund, 11 assist) yadda qalan təcrübəli oyunçu NBA tarixində 20 mövsümün hər birində bunu bacaran ilk basketbolçudur.

Qeyd edək ki, Lebron Ceyms daha əvvəl NBA komandalarının hamısına qarşı matçlarda ən azı 40 xal toplayan ilk oyunçu adına sahib çıxıb.