“Sabah”dan inamlı qələbə

“Sabah”dan inamlı qələbə

Azərbaycan Basketbol Liqasında 16-cı turun oyunlarına start verilib. Turun açılış oyunu “Sərhədçi” İdman Mərkəzində “AAAF Xırdalan” və “Sabah” basketbolçuları arasında keçirilib. Oyuna üstün başlayan “Sabah” basketbolçuları yekunda rəqibini 82:63 hesabı ilə məğlub ediblər.

16-cı turun digər oyunları (“Sərhədçi”” - “Neftçi”, “Zirvə Astara” - “Gəncə”, “Olimpik Şəki” - NTD) fevralın 2-də, 4-də və 5-də təşkil olunacaq