Lider turu qələbə ilə başa vurdu 

Lider turu qələbə ilə başa vurdu 

Azərbaycan Basketbol Liqasında 16-cı turun oyunları keçirilib. Turun açılış oyunu “Sərhədçi” İdman Mərkəzində “AAAF Xırdalan” və “Sabah” basketbolçuları arasında keçirilib. Maraqlı mübarizə şəraitində keçən oyun “Sabah” basketbolçularının qələbəsi ilə yekunlaşıb -63:82. 
Turun növbəti oyunu “Sərhədçi” İdman Mərkəzində “Sərhədçi” və “Neftçi” komandaları arasında təşkil olunub. Oyuna üstün başlayan “Sərhədçi" basketbolçuları yekunda 86:77 hesablı qələbə qazanıblar. 
Turun sonuncu oyunu Şəki Olimpiya İdman Kompleksində təşkil olunub. Çempionatın lideri NTD “Olimpik Şəki”nin qonağı olub.  Görüşə üstün başlayan NTD basketbolçuları yekunda 101-74 hesabı ilə qalib gəliblər.