Azərbaycan Basketbol Liqasında XVII turun oyunlarına start verilib.Turun açılış oyununda NTD və "Zirvə Astara" komandaları üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən matçdan öncə Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş insanların xatirəsi hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.
Oyuna üstün başlayan NTD basketbolçuları yekunda 92:79 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular NTD-dan Londel Kinq (36 xal, 11 ribaund), "Zirve Astara"dan isə Ruşard Kruikşenk (23 xal, 2 asist) olub.
Qeyd edək ki, turun "Gəncə" - "AAAF Xırdalan", "Olimpik Şəki" - "Sərhədçi PİK" və "Sabah" - "Neftçi İK" görüşləri müvafiq olaraq, 11, 12 və 13 fevralda baş tutacaq.