Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesini Cənubi Koreyada davam etdirir. Yığmamız burada baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edir. Qarşıdakı mötəbər yarışlar, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatında uğurlu çıxış üçün hazırlıqda 7 taekvondoçumuz iştirak edir.
Komandamız Vətənə fevralın 28-də dönəcək.