Azərbaycan Basketbol Liqasında XVIII turun oyunlarına start verilib.Açılış oyununda lider NTD "AAAF Xırdalan"la qarşılaşıb. "Sərhədçi" İdman Mərkəzində baş tutan görüş Xırdalan təmsilçisinin 95:77 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 19 ribaund), "AAAF Xırdalan"dan isə Deymon Makdouel (34 xal, 5 ribaund) olublar.
Qeyd edək ki, turun "Sabah" - "Gəncə", "Neftçi İK" - "Olimpik Şəki", "Zirvə Astara" - "Sərhədçi PİK" oyunları 18-19 fevralda keçiriləcək.