Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun püşkü atıldı

Basketbol üzrə Azərbaycan Kubokunda püşkatma mərasimi keçirilib. Mərasimdə qrupların tərkibinə aydınlıq gəlib. Martın 21-26-da "Sərhədçi” İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaq.

A qrupunda "Sabah”, "AAAF Xırdalan”, "Sərhədçi”, "Gəncə”, B qrupunda isə NTD, "Zirvə Astara”, "Neftçi” və "Olimpik Şəki” qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.