Qadın basketbolçuların Azərbaycan kuboku yarışları başa çatdı

Qadın basketbolçuların Azərbaycan kuboku yarışları başa çatdı

"Sərhədçi" İdman Mərkəzində qadın basketbolçular arasında Azərbaycan kuboku yarışlarının final oyunu keçirilib. Həlledici matçda BBA və AZE U-16 komandaları üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən oyunda 51:48 hesablı qələbə qazanan BBA komandası qadınlar arasında ilk dəfə keçirilən Azərbaycan kuboku yarışlarının qalibi olub.