NBA-nın azarkeşləri fərqlənir

NBA-nın azarkeşləri fərqlənir

Milli Basketbol Assosiasiyasında (NBA) azarkeş rekordu qeydə alınıb. Müntəzəm mövsümün oyunlarını 22,234 502 tamaşaçı izləyib. Bu da 2017/2018 mövsümündəki göstəricini geridə qoyub. Həmin vaxt tribunalarda 22 124 559 fanat olub. Hər matça ortalama 18 077 tərəfdar gedib. 791 qarşılaşmada bütün biletlər satılıb və tribunaların 97 faizi dolub. Bu da NBA tarixində yeni rekorddur.
 Qeyd edək ki, əsas mövsüm aprelin 9-da başa çatıb. Pley-off mərhələsi aprelin 12-də başlayacaq.