Basketbol Liqası: “Gəncə” play-offa vəsiqəni təmin etdi

Basketbol Liqası: “Gəncə” play-offa vəsiqəni təmin etdi

 

Azərbaycan Basketbol Liqasında XXVI turun oyunları keçirilib. Turun açılış oyununda "Neftçi" və "Gəncə" komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan oyun gərgin mübarizə ilə yadda qalıb. Qərb təmsilçisi əsas oyunçularından sayılan Cared Smolun son saniyələrdəki dəqiq atışı ilə 87:86 hesablı qələbə qazanıb. Bu nəticədən sonra xallarını 45-ə çatdıran komanda pley-offa vəsiqəni təmin edib.