Tələbə Basketbol Liqasının finalçılarının adına aydınlıq gəldi 

Tələbə Basketbol Liqasının finalçılarının adına aydınlıq gəldi 

Aprelin 19-da Azərbaycan Texniki Universitetinin idman zalında “TamGənc” Tələbə Basketbol Liqasının yarımfinal oyunları keçirilib.ABB-nin sponsorluğu iləkeçirilən ilk yarımfinal qarşılaşmasında Azərbaycan Texniki Universitetinin (ATU) komandası, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) komandasına 114-60 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb. İkinci yarımfinal görüşündə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası, Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) komandasına 102-82 hesabı ilə qalib gəlib və ikinci finalçı olub.

Qeyd edək ki, "TamGənc" Tələbə Basketbol Liqasında aprelin 21-də 3-cü yer uğrunda görüş (ADİU -ADNSU), aprelin 23-də isə final oyunu (ATU-ADBTİA) təşkil olunacaq.