Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı iclas keçirilib

Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı iclas keçirilib

 

Paytaxtımız mayın 29-dan iyunun 4-dək Bakıda taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yarışa son hazırlıqla bağlı Təşkilat Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Təşkilat Komitəsinin sədri Kəmaləddin Heydərov çıxış edərək dünya çempionatının Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu ifadə edib. Daha sonra qarşıda duran məsələlər, yarış çərçivəsində təşkil olunacaq tədbirlər müzakirə olunub.

Qeyd edək ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq və paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.