Basketbol Liqası: Bu gün final seriyasının üçüncü oyunu keçiriləcək

Basketbol Liqası: Bu gün final seriyasının üçüncü oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu təşkil olunacaq. “Sabah” və “Gəncə” komandalarının iştirakı ilə keçiriləcək finalın növbəti oyunu “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.

Bu komandalar arasında keçirilən ilk görüşdə “Sabah”, ikinci qarşılaşmada isə “Gəncə” komandası qələbə qazanıb. Hazırda seriyada hesab bərabərdir - 1:1.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.