Milli Basketbol Assosiasiyasında 2023-cü il layihəsinin ilk ümumi səsverməsinə yekun vurulub. “San Antonio Spurs” komandasında çıxış edən Viktor Vembanyama liqada maraqlı statistik rekorda imza atıb. 19 yaşlı Vembanyama ötən ay hər oyunda orta hesabla 20,1 xal və 10,3 ribaund yığıb. Beləliklə, Viktor NBA tarixində hər təqvim ayında orta hesabla 20 xal və 10 ribaund yığan ən gənc basketbolçu olub.
Qeyd edək ki, bu rekord daha əvvəl Şakil O Nilə (20 yaş 267 günlük) məxsus idi.
Vembanyamanın hazırda 19 yaş 330 günlük yaşı var.
Xatırladaq ki, San Antonio NBA-nın adi mövsümünün son 14 oyununda uduzmasına
baxmayaraq, Vembanyama O'Nilin rekordunu qırıb. "Spurs" Qərb Konfransının turnir
cədvəlində sonuncu yerdədir.