Azərbaycan Dünya Taekvondosunun Qala gecəsində təmsil olunub

Azərbaycan Dünya Taekvondosunun Qala gecəsində təmsil olunub

Dünya Taekvondosunun qala gecəsi keçirilib. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, İngiltərənin Mançester şəhərində təşkil olunan mərasimdə ilin ən yaxşılarının adları açıqlanıb.

Qala gecədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov, milli komandanın baş məşqçisi Fərid Tağızadə, parataekvondoçular Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) də iştirak ediblər.

Qala gecəsində H. Səmədov Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu ilə görüşərək Azərbaycanda bu idman növünün daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıb.