Taekvondo yarışına yekun vuruldu 

Taekvondo yarışına yekun vuruldu 

Masallı Regional Taekvondo Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş taekvondo üzrə yeniyetmə və gənclər arasında Lənkəran - Astara region turniri keçirilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə təşkil olunan turnirdə Lənkəran, Masallı, Cəlilabad və Yardımlı rayon idmançıları dayanq üzərində güclərini sınayıblar. 70 idmançının iştirak etdiyi turnirdə komanda hesabında birinci yerə Masallı rayon komandası layiq görülüb. Lənkəran şəhər komandası ikinci, Yardımlı komandası isə üçüncü yeri tutub. 

Qalib gələn idmançılar Azərbaycan çempionatına vəsiqə qazanıb və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.