Dünyanın dördüncü tennisçisi 22 yaşlı italyalı Yannik Sinner “Formula 1-in rəsmi Dostu” olub. Sinner bununla da Qran-Pri tədbirlərində iştirak edəcək və idmanın təbliğində Formula 1-i dəstəkləyəcək.
“Bir italiyalı olaraq, Formula 1 mənim qanımdadır. Bu fürsəti əldə etməkdən şərəf duyuram. Formula 1-in dostu olmaqdan çox məmnunam. Sadəcə olaraq, avtomobilləri, avtoidmanları, maraqlı yarışları və rəqabəti sevirəm” - deyə Yanni vurğulayıb.