Şumaxerin xizək təlimatçısı danışıb

Şumaxerin xizək təlimatçısı danışıb

Almaniyalı jurnalist Yens Gideon yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin faciəvi qəzası ilə bağlı yeni təfərrüatlar paylaşıb. Fransanın Alp dağlarında xizək kurortunda ağır kəllə-beyin travması alan Şumaxer haqqında onun xizək təlimatçısı ilə danışıb.

“Həmin gün ora getməyə dəyməzdi. Qarın kifayət qədər olmadığı aydın idi. Qarın az olduğu üçün qayalar həmişəkindən daha çox açıq idi”, - deyə təlimatçı bildirib.

Qeyd edək ki, həmin zədədən bəri Mixailin səhhəti ilə bağlı məlumatlar son dərəcə məhdudlaşıb. Pilotun ailəsi Şumaxer barədə məlumat yaymamağa çalışır.