Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü hazırda qardaş ölkədə təlim-məşq toplanışında olan Azərbaycan yığmasının düşərgəsini ziyarət edib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, fevralın 12-20-də Bolqarıstanda keçiriləcək Avropa çempionatına və digər beynəlxalq yarışlara hazırlaşan idmançı və məşqçi heyəti ilə görüşən funksioner onlarla söhbət edib.
T. Ünlü Türkiyə və Azərbaycan milli komandalarının birgə toplanış keçməsinin müsbət məqam olduğunu, bunun daha böyük uğurlara gətirib-çıxaracağına, qardaş ölkələrin qitə və dünya çempionatlarında, həmçinin “Paris-2024” Yay Olimpiya Oyunlarında birlikdə qələbə sevinci yaşayacağına əminliyini bildirib.