Taekvondo üzrə Azərbaycan milli komandası Antalyada keçirilən Türkiyə açıq çempionatında daha bir medal qazanıb.
Azərbaycan taekvondo Federasiyasının mətbuat xidətindən verilən məlumata görə, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında mübarizə aparan yığmanın heyətində Cavad Ağayev fəxri kürsüyə qalxıb.
74 kq çəki dərəcəsində yarışan idmançı çempionatı bürünc medalla başa vurub.
Bununla da, Azərbaycan millisinin Antalyada qazandığı medalların sayı 7-yə çatıb. Böyüklərdə 3-cü olan C. Ağayevdən öncə yeniyetmələrin mübarizəsində Hüseyn Abbaslı (148 santimetr), Məryəm Cəfərova (152 santimetr) qızıl, Murad Canəliyev (152 santimetr), Novruz Əliyev (168 santimetr), Çingiz Həsənov (172 santimetr) gümüş, Gülay Əliyeva (160 santimetr) isə bürünc mükafata sahib olublar.
Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev isə turnirin ən yaxşı referisi seçilib.