"Minnesota Timbervolves" komandasının rəhbərliyi Mayk Konli ilə müqavilənin iki il müddətinə uzadılmasına çalışır. CAA Basketball agentliyinin yaydığı xəbərdə bildirilir ki, bu razılıq 21 milyon dollara başa gələ bilər.
Qeyd edək ki, 36 yaşlı Konli ötən ilin fevral ayından Minnesotada oynayır. Bu mövsüm o, 50 oyunda iştirak edib, orta hesabla 10,6 xal, 6,4 asist edib. Onun 2,9 ribaundla ümumi sahədə qol faizi 44,4 və üç xal faizi 44,2 olub. Məlumat üçün bildirək ki, onun komandası 39 qələbə və 16 məğlubiyyətlə Qərb Konfransında birinci yerdədir.