Fevralın 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçirilib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edib.
Yarışın keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması, respublikanın şəhər və rayonlarında ağırlıqqaldırma idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağırlıqqaldıranların aşkar olunması, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasından ibarət olub.
Müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışın qalibləri diplom və medallarla təltif olunublar.