Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Neftçi” klubu MOİK-lə qarşılaşıb. “Murov Az Terminal”ın İdman zalında təşkil olunan görüş Pərviz Səmədovun komandasının üstünlüyü ilə keçib. İlk setdən təşəbbüsə yiyələnən “Neftçi” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, “Azərreyl” 30 xalla (10 qələbə) turnir cədvəlində liderlik edir. “Murov Az Terminal”ın 24 xalı (9 qələbə), “Neftçi”nin 22 (7 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.