Blogerin Taysondan sonra rəqibi açıqlandı

Blogerin Taysondan sonra rəqibi açıqlandı

UFC prezidenti Dana Uayt məşhur Mayk Taysonla peşəkar boksda çıxış edən videobloqer Ceyk Pol arasında keçiriləcək döyüşlə bağlı fikirlərini bölüşüb. “Mən Maykı sevirəm. 58 yaşında o yenə də rinqdə olacaq.  Rəqibi ilə 31 yaş fərqi var. Ceyk Pol Mayk Taysonu məğlub etsə, növbəti döyüşü Klint İstvudla olacaq. Klintin isə 93 yaşı var”, - Uayt “Kamaru və Henry” YouTube kanalında bildirib.

Xatırladaq ki, Tayson və Pol arasında döyüş iyulun 20-də baş tutacaq.