Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsidə növbəti oyununa çıxacaq. Komandamızın rəqibi turnir cədvəlinin lideri Ukrayna millisi olacaq. “Azərsun Arena”da keçiriləcək oyunun start fiti saat 16:00-da çalınacaq. Qarşılamanı xorvatiyalı baş hakim Dario Bel idarə edəcək.
Xatırladaq ki, milli komandamız 5 oyundan 3 xal toplayaraq sonuncu - altıncı pillədə yer alıb.