Martın 31-dən aprelin 11-dək Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə Dünya Kuboku yarışı keçiriləcək.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235 kişi və 231qadın) atlet iştirak edəcək. Yarışda ölkəmizi qadınların yarışında Nazilə İsmayılova (45 kq) təmsil edəcək. Kişilərin mübarizəsində isə İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi 73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) körpücük üzərinə çıxacaq.