Lissabon "Sportinq"inin baş məşqçisi Ruben Amorim "Liverpul"un baş məşqçisi vəzifəsinə keçmək üçün favoritdir. “The Telegraph”ın məlumatına görə, “Mersisayd” klubunun rəhbərliyi mütəxəssisin transferi üçün 15 milyon avro ödəməyə hazırdır. İspaniyalı Xabi Alonsonun transferi uğursuz olduqdan sonra “Liverpul” bu addımı atıb.
Xatırladaq ki, mövsümün sonunda almaniyalı Yurgen Klopp “Liverpul”un baş məşqçi postunu tərk edəcək.