Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar.
Təmsilçilərimizdən daha biri - İsa Rüstəmov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin D qrupunda qüvvəsini sınayıb. Atletimiz toplam 320 kq (145+175) nəticə göstərib. İsanın yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Dünya Kubokuna aprelin 11-də yekun vurulacaq.