Çilinin Santyaqo şəhəri gələn il trek velosipedi üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl yarışın San-Xuanda (Argentina) keçiriləcəyi barədə məlumat yayılmışdı. Amma məkanın dəyişdirilməsinin səbəbi hələ ki açıqlanmır.
Çili Kolumbiyadan sonra ilk dəfədir ki, bu yarışa ev sahibliyi edəcək. Yarış 2025-ci il oktyabrın 15-dən 19-dək Çili paytaxtında təşkil olunacaq.