Basketbol Liqasının finalçıları müəyyənləşdi

Basketbol Liqasının finalçıları müəyyənləşdi

Azərbaycan Basketbol Liqasında növbəti finalçının adına aydınlıq gəlib. Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Xəzri” və NTD-İNDİQO komandaları yarımfinalda ikinci dəfə üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan oyun “Xəzri”nin 86:81 hesablı qələbəsi ilə başa çatıb.

İlk görüşdə də rəqibini üstələyən "Xəzri" finalda "Sabah"la qarşılaşacaq. Komandalar arasında ilk oyun mayın 16-da təşkil olunacaq.