Basketbol üzrə Azərbaycan Qadınlar Liqasında (AQL) final və 3-cü yer uğrunda görüşlər keçirilib.
Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan həlledici görüşlərdə əvvəlcə 3-cü yer uğrunda qarşılaşma təşkil olunub.
"Qaradağ" və "Xırdalan" klubları arasında oynanılan matç ikincilərin 51:49 hesablı qələbəsi ilə yekunlaşıb.
Final oyununda isə "Neftçi" və "Azstars" klubları üz-üzə gəlib. Oyunun əvvəlindən üstünlüyü ələ keçirən "ağ-qaralar" sonda böyük hesablı qələbəyə seviniblər - 93:29.
Final matçının ən dəyərli basketbolçusu (MVP) "Neftçi" klubundan Angelina İsmayılova seçilib. Bununla da "Neftçi" klubu pley-off sistemi ilə keçirilən ilk mövsümdə çempion kimi tarixə düşüb.
Sonda qaliblər federasiya rəsmiləri tərəfindən kubok və medallarla təltif olunublar.