Dünya Qadın Seriyasının Qəbələ mərhələsi yekunlaşdı

Dünya Qadın Seriyasının Qəbələ mərhələsi yekunlaşdı

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinə yekun vurulub. Finalda İtaliya millisi ilə "Barselona Panthers" (İspaniya) klubu üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada 15:12 hesablı qələbə qazanan İatliya təmsilçisi  turnirin qalibi olub. 

Qeyd edək ki, yarımfinal görüşlərində "Barselona Panthers" Portuqaliyaya (20:13), İtaliya isə Polşaya (13:12) qalib gəlib. Azərbaycan millisi mübarizəni 1/4 finalda, "Baku Flames" klubu isə qrup mərhələsində dayandırıb.