Məşhur basketbolçu ABŞ komandasının bayraqdarı oldu

Məşhur basketbolçu ABŞ komandasının bayraqdarı oldu

ABŞ komandasının Paris-2024 Yay Olimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib. ABŞ Olimpiya Komitəsindən verilən məlumata görə, bu, məşhur basketbolçu Lebron Ceyms olacaq. O, iyulun 26-da təşkil olunacaq olimpiadanın açılış mərasimində bu funksiyanı yerinə yetirəcək.

Qeyd edək ki, tanınmış basketbol ulduzu bu vaxta qədər Afina-2004-də bürünc, Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunlarında isə qızıl medal qazanıb.

ABŞ-ın qadın bayraqdarının adı isə iyulun 23-də açıqlanacağı bildirilir.